ABŞ Ukraynaya Rusiya istehsalı Mi-17 helikopterlərinin yeni partiyasını göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Ukraynaya 11 helikopter göndəriləcək. İlk helikopterin artıq yola salındığı qeyd olunur.
Qeyd edək ki, Ukrayna ordusu artıq ABŞ-dan 17 ədəd Mi-17 helikopteri alıb.
Akif İsmayılov