Modern.az

Türkiyə və Qazaxıstan arasında strateji tərəfdaşlıq sazişi İMZALANDI

Türkiyə və Qazaxıstan arasında strateji tərəfdaşlıq sazişi İMZALANDI

Dünya

11 May 2022, 08:39

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada 1 milyard dollarlıq sazişlər paketi imzalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.

 

O, Türkiyəni çox mühüm strateji tərəfdaş adlandırıb və Prezident Ərdoğanı Qazaxıstana səfərə dəvət edib.

 

Qeyd edək ki, ötən gün Qazaxıstan və Türkiyə nümayəndə heyətləri arasında aparılan danışıqlar nəticəsində 15 saziş, o cümlədən strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM