Modern.az

Azərbaycan nefti yenə ucuzlaşdı

Azərbaycan nefti yenə ucuzlaşdı

İqtisadiyyat

11 May 2022, 09:58

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3 dollara qədər ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,78 ABŞ dolları, yaxud 2,49 % azalaraq 108,77 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi