"Onurğa əyrilikləri, sümüklərdə problemlər digər daxili orqanların da fəaliyyətinə mənfi təsir göstərir".
Modern.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşırov canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.
Həkim bildirib ki, döş səviyyəsində olan onurğadakı əyrilik ağciyər və ürəyi, qarın boşluğundakı əyrilik isə böyrəkləri və damarları sıxa bilər:
"Kəskin onurğa əyriliyi olan şəxslərdə bu narahatlıqlar daha çox müşahidə edilir".
Cərrah kifoz xəstəliyinin müalicəsi ilə bağlı suala cavabında isə qeyd edib ki, ağırlıq dərəcəsindən asılı olaraq bu xəstəliyin müalicəsi mümkündür:
"18 yaşdan sonrakı dövrdə kifozun ağır forması varsa, bu, düzəlməz. Lakin aşağı yaş qrupunda olanlarda yüngül dərəcəli kifoz düzələ bilir”.