Almaniya hökuməti qazdan istifadəyə qənaət etmək məqsədilə təqaüdçüləri Türkiyəyə göndərməyə hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Bild" nəşri məlumat yayıb.
Bildirilib ki, Almaniya Turizm Agentliyinin rəhbəri Norbert Fiebig təqaüdçüləri qış aylarını Türkiyədə keçirməyə çağırıb. Onun sözlərinə görə, hökumət bunun üçün pensiyaçılara adambaşı 500 avro verməlidir.