Modern.az

Türkiyə və Qazaxıstan birgə PUA istehsal edəcək

Türkiyə və Qazaxıstan birgə PUA istehsal edəcək

Dünya

11 May 2022, 18:24

Türkiyənin pilotsuz uçuş aparatları (PUA) və digər aviasiya vasitələrinin istehsalını həyata keçirən "Tusaş" şirkəti ilə Qazaxıstan Mühənsizlik şirkəti arasında müqavilə imzalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə şirkətinin mətbuat xidməti məlumat yayıb.

 

Yeni müqaviləyə əsasən Qazaxıstanda "Anka" adlı PUA-lar istehsal ediləcək.

 

PUA-ların birgə istehsalı ilə yanaşı onların texniki xidmət və təmir proseslərinin də həyata keçiriləcəyi bildirilir.

 

Qazaxıstan ötən il Türkiyə ordusunun istifadə etdiyi "Anka" zərbə PUA-larını satın alıb. 

 

Gecə və gündüz saatlarında taktiki kəşfiyyat və müşahidə apara bilən Türkiyə istehsalı PUA-lar daşıdığı sursatlarla tankları, zirehli maşınları və digər hərbi texnikaları məhv edə bilir. 30 saat havada qala bilən PUA-lar bundan əvvəl Tunisə satılıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM