Çexiya Prezidenti Miloş Zeman 103 vətəndaşa Rusiyaya qarşı döyüşmək üçün Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa icazə verib.
Modern.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Jiri Ovçaçek “Twitter” səhifəsində bildirib.
Çexiya qanunlarına əsasən, ölkə vətəndaşlarının xarici orduda xidmət etməsi qadağandır.
"Ceske Noviny" nəşrinin məlumatına görə, 400-ə yaxın vətəndaş Ukrayna Silahlı Qüvvələrində xidmət etmək üçün rəsmi müraciət edib.
Akif İsmayılov