Modern.az

Rusiya ordusu müdafiə mövqeyinə KEÇDİ

Rusiya ordusu müdafiə mövqeyinə KEÇDİ

Dünya

11 May 2022, 19:53

Ukrayna Silahlı Qüvvələri Rusiyanın böyük şəhərlərin ildırımsürətli ələ keçirilməsi planlarının qarşısını alıb və düşməni diqqətini bir istiqamətə yönəltməyə məcbur edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının baş əməliyyat idarəsinin rəis müavini Aleksey Qromov məlumat verib.

 

“Görülən tədbirlər və Ukrayna xalqının qəhrəmanlığı sayəsində biz düşmənin Kiyevin ildırım sürəti ilə mühasirəyə alınması, Nikolayevin, Odessanın, Çerniqovun, Sumının ələ keçirilməsi planlarının qarşısını aldıq, onları aqressiv planlarından əl çəkməyə və diqqətini bir istiqamətə yönəltməyə məcbur etdik”, - Aleksey Qromov bildirib.

 

Qeyd olunub ki, Xarkov, həmçinin İzyum istiqamətində Rusiya qüvvələri müdafiə mövqeyinə keçiblər və Ukrayna bölmələrinin qarşısını almağa çalışırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM