Modern.az

UEFA AFFA-ya ayırdığı vəsaiti artırır

UEFA AFFA-ya ayırdığı vəsaiti artırır

Dünya

11 May 2022, 20:10

UEFA Avropada futbolun inkişafı üçün 2024-2028-ci illərdə quruma üzv olan 55 milli assosiasiyaya 935 milyon avro yardım ayıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə qərar UEFA-nın Avstriyanın paytaxtı Vyanada keçirilən 46-cı Konqresində qəbul olunub.

 

"HatTrick VI həmrəylik və inkişaf proqramı" çərçivəsində təyin olunan maliyyə bərabər məbləğdə bölüşdürüləcək. Nəticədə hər bir assosiasiyaya, o cümlədən AFFA-ya 4 il ərzində ümumilikdə 17 milyon avro ödəniş ediləcək.

 

Bu məbləğ 2020 – 2024-cü illəri əhatə edən və 775 milyon büdcəsi olan əvvəlki layihəni 27 faiz üstələyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM