Britaniyanın Baş naziri Boris Conson və Finlandiya Prezidenti Sauli Niinisto hibrid təhdidlərə qarşı mübarizə, eləcə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
Conson bildirib ki, Böyük Britaniya və Finlandiya ümumi problemlərlə üzləşir və ənənəvi, hibrid təhlükələr qarşısında çiyin-çiyinə dayanacaqlar.
"Liderlər, həmçinin enerji təhlükəsizliyinin vacibliyini və hər iki ölkənin ticarət əlaqələrini gücləndirmək üçün necə işləyə biləcəyini müzakirə ediblər", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, Conson Finlandiyanın öz gələcəyi ilə bağlı qorxu və xarici təsir olmadan qərar vermək suveren hüququna güclü dəstəyini ifadə edib.
Akif İsmayılov