Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb.
Tərəflər müdafiə yardımı, enerji sektorunda əməkdaşlıq və Rusiyaya qarşı sanksiyaların artırılmasını müzakirə edib.
"Biz Almaniya ilə yüksək səviyyədə dialoqu və mübarizəmizə dəstəyi yüksək qiymətləndiririk", - deyə Zelenski bildirib.
Akif İsmayılov