"Bəzi qurumlar qanunla deyil, daxili təlimat əsasında iş görür".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov təhsil jurnalistləri ilə müzakirə zamanı söyləyib.
Deputat jurnalistlərin sualını cavablandırarkən qeyd edib ki, istər təhsil, istərsə də digər sahələrdə hazırlanan bütün qanunlar əla vəziyyətdədir:
"Lakin hazırlanan bütün qanunlar icra olunurmu? Xeyr. Ümumiyyətlə, müşahidələrim onu göstərir ki, bir sıra qurumlar qanunla deyil, daxili təlimat əsasında iş görür. Bu isə çox ciddi qanun pozuntusudur. Ortaya çıxan problemlərin əsas mənbəyi məhz qanunların icra olunmamasındadır".