Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani İrana səfər edib.
Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, Şeyx səfər zamanı İran rəsmiləri ilə görüşəcək.
Görüş zamanı regional və beynəlxalq məsələlər, eləcə də ikitərəfli əlaqələrin inkişafı müzakirə ediləcək.
Bundan əlavə, Qətər əmiri İranın 2015-ci ildə imzalanmış nüvə sazişi barədə də danışıqlar aparacaq. Al Tani İrandan sonra Almaniya, Britaniya və digər Avropa ölkələrinə səfər edəcək.