Litva Rusiyadakı səfirini geri çağırmaq qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə qərar Litva parlamentində müzakirə olunacaq.
Qərara əsasən, iyunun 1-dən səfir Rusiyadan geri çağırılacaq və iyunun 7-dən Sankt-Peterburqdakı Baş Konsulluq ləğv olunacaq.
Qeyd olunub ki, layihə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb.