Modern.az

Rusiya Finlandiyanın qazını kəsə bilər

Rusiya Finlandiyanın qazını kəsə bilər

13 May 2022, 00:40

Rusiya Finlandiyanın NATO-ya üzv olmaq istəyinə cavab olaraq bu ölkəyə qaz nəqlini dayandıra bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Finlandiyanın “İltalehti” qəzeti məlumat yayıb.

 

Məlumata görə, qazın kəsilməsi mayın 13-də baş verə bilər.

 

Əsl Finlər Partiyasının parlament qrupunun sədri Ville Tavio qəzetə bildirib ki, finlandiyalı siyasətçilərə Rusiyadan cavab tədbirləri üçün müxtəlif variantlar barədə məlumat verilib. Eyni məlumatı başqa bir deputat da təsdiqləyib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM