Ağ Evin mətbuat katibi Cen Psaki vəzifəsindən ayrılıb. O, başqa bir qurumda işə başlayıb. Psakini müavini Karin Jan-Pyer əvəz edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.
Qeyd edək ki, Jan-Pyer bu vəzifəni tutan ilk qaradərili amerikalı qadın və LGBT icmasının nümayəndəsidir.
Bundan öncə ABŞ Prezidenti Co Bayden Karin Jan-Pyerin Ağ Evin mətbuat katibi olacağından qürur duyduğunu söyləyib.