Modern.az

Parlament diplomatiyası Azərbaycanın mövqeyini gücləndirir

Parlament diplomatiyası Azərbaycanın mövqeyini gücləndirir

Parlament

15 May 2022, 09:56

VI Çağırış Milli Məclisin diplomatiya sahəsində gördüyü işlər, spiker Sahibə Qafarovanın və parlament nümayəndə heyətlərinin xarici ölkələrə çoxsaylı səfərləri yenidən diqqət mərkəzindədir. Bu yaxınlarda Milli Məclis sədri Sahibə Qafarovanın İsveçrəyə səfəri gündəm mövzusuna çevrildi. Spikerin dövlət rəsmiləri ilə görüşləri, Azərbaycan və İsveçrə əlaqələri haqqında müzakirələri əhəmiyyətli məqamlarla yadda qaldı.

 

Parlament diplomatiyası haqqında Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə belə səfərlərin böyük əhəmiyyəti olduğunu vurğulayıb.

 

Deputatın fikrincə, rəsmi diplomatiya çox zaman müəyyən məhdudiyyətlərlə üzləşə bilir:

 

"Bəzi məsələlərdə diplomatların səlahiyyətləri məhdud olsa da  xalqları təmsil edən parlament diplomatiyasının imkanları daha genişdir. Beynəlxalq təşkilatlarda iştirakla yanaşı, xarici ölkələrə səfərlərin həyata keçirilməsi bilavasitə parlamentlərarası münasibətlərin genişlənməsi ölkəmizin nüfuzunu gücləndirir, daha çox dost qazanmaq və bizə qarşı aparılan informasiya terrorunun qarşısını almaq üçün yaxşı vasitələrdən biri kimi çıxış edir".

 

 

"Milli Məclisin spikerinin xaricə səfərləri, bilavasitə ölkə rəhbərləri, parlament sədrləri, dostluq qrupları ilə keçirdiyi görüşlər Azərbaycanın mövqeyini, bölgədəki proseslərlə bağlı həqiqətləri çatdırması dövlətin maraqlarına uyğundur. Parlament diplomatiyası əslində Azərbaycanın dünyada mövqeyini daha da gücləndirir. Azərbaycana qarşı yönəlmiş Ermənistanın təbliğat mexanizminin, erməni lobbilərinin fəaliyyətinin qarşısınında Milli Məclisin addımları önəmli qətiyyət deməkdir”, - deyə deputat vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi