Modern.az

Kiyevdə komendant saatı DƏYİŞDİRİLİR

Kiyevdə komendant saatı DƏYİŞDİRİLİR

13 May 2022, 11:47

Kiyevdə və digər regionlarda komendant saatı dəyişir. Bundan əlavə, mayın 16-dan paytaxtın ictimai nəqliyyatı daha uzun müddət işləyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko öz "Telegram" səhifəsində məlumat verib.

 

"Kiyevdə və regionda komendant saatı dəyişir. Mayın 15-i bazar günündən etibarən komendant saatı bir saat sonra başlayacaq və saat 23:00-dan 05:00-a qədər davam edəcək", - mer bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi