"Hərbçilərə ehtiyata göndərildikdə, pensiyaya çıxdıqda işlədiyi dövrdə aldığı əlavələrin cəminin pensiyaya nisbəti və maaşı müəyyənləşdirilir".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bugünkü plenar iclasda deyib.
Komitə sədri "Əmək pensiyaları haqqında" qanunun hərbçilərlə bağlı hissəsini şərh edib:
"Hərbçi istefaya gedəndən sonra hansısa yeni əlavə təsis olunursa və əlavələr artanda keçmiş hərbçiyə bu əlavələr təsis edilmir və bu, pensiyada hesablanmır”.