Modern.az

Rusiyada koronavirusa yoluxanların sayı artıb

Rusiyada koronavirusa yoluxanların sayı artıb

13 May 2022, 13:16

Rusiyada koronavirusa yoluxanların sayı sutka ərzində 4896 nəfər artaraq 18 250 290-a çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə İnfeksiyaya Nəzarət üzrə Federal Qərargah məlumat yayıb.

 

Yoluxanların sayında artım 0,03% təşkil edib. Rusiyada sutka ərzində koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı 2506 nəfər olub ki, bu da ötən günlə müqayisədə 25,3% azdır.

 

Qərargahın məlumatına görə, xəstəxanaya yerləşdirilənlərin sayı 58 rayonda azalıb, 20-sində isə artıb. Rusiya Federasiyasının yeddi regionunda vəziyyət dəyişməz qalıb. Bir gün əvvəl xəstəxanaya yerləşdirilənlərin sayı 3353 nəfər olub.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi