Modern.az

Ölkədə dərmanlar çox bahadır - Rəşad Mahmudov

Ölkədə dərmanlar çox bahadır - Rəşad Mahmudov

Aktual

13 May 2022, 13:17

"Səhiyyə işçilərinin maaşlarının artırılması həmişə prioritet olub". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

 

Deputat bildirib ki, hər bir Azərbaycan vətəndaşının özünü və yaxınlarını rahat şəkildə əmanət edə bilməsi üçün səhiyyə sisteminin inkişafı davam etdirilir: 


"Bununla belə bəzi məsələlər də həll edilməlidir. Məsələn, bəzi dərmanlara əlçatanlıq aşağıdır və dərmanlar uyğun olmayan çox yüksək qiymətlərə satılır. Amma qeyd etdiyim kimi aidiyyəti qurumlar dərmanların ölkəyə gətirilməsi haqqında qanunvericiliyin tələblərinin ən yüksək səviyyədə həyata keçirilməsi üçün səfərbərdirlər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi