Modern.az

Gürcüstanda taxıl tükənib

Gürcüstanda taxıl tükənib

13 May 2022, 16:56

"Gürcüstanın taxıl ehtiyatı faktiki olaraq tükənib və yaxın günlərdə dəyirmanlarda işlər dayandırılacaq".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstan Taxıl və Un istehsalçıları Assosiasiyasının rəhbəri Levan Silqava “İnterpressnyus”a müsahibəsində bildirib.

 

L.Silqva qeyd edib ki, artıq bir neçə aydır ölkəyə buğda əvəzinə un idxal olunur:

 

"Gürcüstan qanunlarına əsasən, un idxalına vergi yoxdur, ancaq bir ton taxıla 120 dollar vergi tələb olunur".

 

Qeyd edək ki, Gürcüstan ildə 650 min ton taxıl istehlak edir. Respublika bu ehtiyacın 15 faizini ödəyir, qalan hissəsinin çoxunu Rusiyadan idxal edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi