Modern.az

İrəvanda gərginlik - Hökumət binası mühasirəyə alındı

İrəvanda gərginlik - Hökumət binası mühasirəyə alındı

13 May 2022, 18:16

Ermənistan müxalifəti İrəvanda hökumət binalarından birini mühasirəyə alıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, mühasirəyə “Müqavimət” hərəkatının lideri İşxan Sağatelyan rəhbərlik edir.

 

O bildirib ki, binaya daxil olmaq lazım deyil, sadəcə olaraq bütün girişləri bağlamaq vacibdir. Mühasirədə olan binada Əmək Nazirliyi, Səhiyyə Nazirliyi və Ətraf Mühit Nazirliyi, həmçinin Statistika Komitəsi yerləşir.

 

Sağatelyanın sözlərinə görə, binada yerləşən nazirliklər artıq vətəndaşların maraqlarına xidmət etmir. Müxalifət funksioneri nazirlik rəsmilərini rəhbərliyin təzyiqlərinə boyun əyməməyə və onlara qoşulmağa çağırıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi