Modern.az

Məmmədyarov amerikalı rəqibinə uduzdu

Məmmədyarov amerikalı rəqibinə uduzdu

Hadisə

13 May 2022, 20:27

Şahmatçımız Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" yarışının "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın VIII turunda ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gəlib.

 

Ağ fiqurlarla oynayan Məmmədyarov 43-cü gedişdə rəqibinə təslim olub.

 

Xatırladaq ki, mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil