Modern.az

Putin Rəhmonla Əfqanıstanı müzakirə etdi

Putin Rəhmonla Əfqanıstanı müzakirə etdi

13 May 2022, 23:26

Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rəhmon arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər Əfqanıstandakı vəziyyəti müzakirə edib.

 

Qeyd edək ki, son zamanlar Əfqanıstan ərazisində terrorçu qrupların fəallığı artıb. Bunu nəzərə alaraq, iki ölkənin liderləri Tacikistan-Əfqanıstan sərhədində təhlükəsizliyin təmin edilməsi üçün müvafiq idarələrin əməkdaşlığını təsdiqləyiblər.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi