Modern.az

İsrail Suriyaya raket zərbələri ENDİRDİ

İsrail Suriyaya raket zərbələri ENDİRDİ

Dünya

14 May 2022, 00:37

İsrail Suriyanın Həma çölündəki Masyaf bölgəsinə raket hücumu həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Suriyanın dövlət mediası məlumat yayıb.

 

Zərbələr nəticəsində 5 nəfərin öldüyü bildirilir. İsrail ordusunun sözçüsü şərh verməkdən imtina edib.

 

Qeyd olunur ki, raketlər Masyafdakı meşə sahələrində yanğınlara səbəb olub və müəyyən maddi ziyan dəyib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi