Modern.az

Ukrayna ordusu Xarkovda əks-hücuma keçdi

Ukrayna ordusu Xarkovda əks-hücuma keçdi

14 May 2022, 18:27

Ukrayna ordusu İzyum istiqamətində əks-hücuma keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov “Facebook” hesabında məlumat paylaşıb.

 

"İzyum istiqaməti ən qaynar nöqtə olaraq qalır. Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatına başlayıb, düşmən bəzi istiqamətlərdə geri çəkilir. Bu, Silahlı Qüvvələrimizin əzminin nəticəsidir. Biz qalib gələcəyik", - deyə Sinequbov bildirib.

 

Qeyd edək ki, Ukrayna rəsmiləri vətəndaşları minalar səbəbi ilə azad edilmiş kəndlərə qayıtmamağa çağırıb. Məlumata görə, Rusiya qüvvələri ötən gün ərzində Xarkovu atəşə tutmayıb və diqqətini əsasən cəbhədəki əməliyyatlara cəmləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi