Modern.az

Baş nazirdən Türkiyə və Ukrayna açıqlaması

Baş nazirdən Türkiyə və Ukrayna açıqlaması

Aktual

15 May 2022, 09:10

Avstriyanın Baş naziri Karl Nehammer Türkiyə ilə bağlı maraqlı açıqlamalar verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, Ankara ilə əlaqələrin yaxşılaşdırılması bir çox cəhətdən onlar üçün əhəmiyyətlidir. O, Vyananın bu əlaqələri daha yaxşı səviyyəyə daşıyacağını söyləyib.

 

Nehammer çıxışında Rusiya-Ukrayna müharibəsinə toxunaraq, ölkəsinin bitərəf qaldığını vurğulayıb:

 

"Buna baxmayaraq, beynəlxalq hüququn pozulması və ədalətsizliklər qarşısında keçmişdə olduğu kimi bu gün də söz demək haqqına sahibik. Ukraynanın Buça şəhərində baş verənləri gördük. Bundan sonra atəşkəs və ya sülh üçün mümkün olan hər şeyi etməliyik. Baş verənləri izləmək əvəzinə, hərəkətə keçməyin vaxtıdır. Bu və ya digər məsələlərlə bağlı Türkiyə ilə əlaqələri daha yaxşı səviyyəyə daşıyacağıq. Bu, bir çox cəhətdən bizim üçün çox əhəmiyyətlidir.

 

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda “İstanbul Prosesi” adlandırılan danışıqların “sülh üçün ən mühüm şans” olduğunu düşünürəm. Bu məsələləri müzakirə etmək üçün prezident Ərdoğanla görüşümüz planlaşdırılır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi