Rusiya ordusunun Ukraynada verdiyi itkilər açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yeni məlumat yayıb.
Bildirilib ki, 24 fevral tarixindən indiyədək davam edən müharibədə Rusiyanın 27 400-dən çox hərbçisi məhv edilib.
Bundan əlavə, Rusiya ordusuna məxsus 95 qanadlı raket, 2958 zirehli döyüş maşını, 1220 tank, 555 artilleriya sistemi, 200 təyyarə və 164 helikopter vurulub.