Modern.az

Rezidenturaya imtahan verənlərin NƏZƏRİNƏ

Rezidenturaya imtahan verənlərin NƏZƏRİNƏ

Təhsil

15 May 2022, 15:34

Mayın 15-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirilib.

 

Mərkəzdən Modern.az-a bildirilib ki, imtahanların keçirilməsi üçün ümumilikdə 6 imtahan binası, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 109 nəzarətçi-müəllim, 13 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

 

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.

 

İmtahanın nəticələri yaxın 3 gün ərzində elan olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal