“İsveç və ya Finlandiya alyansa rəsmi müraciət etməyi seçsələr, Birləşmiş Ştatlar onların NATO-ya müraciətini dəstəkləyəcək”.
Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken NATO xarici işlər nazirlərinin toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.
O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar apardığını bildirib.
"Çavuşoğlu ilə danışdım və konsensusa gələcəyimizə inanıram", - deyə Blinken qeyd edib.
Bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzv olmasına müsbət yanaşmadığını bildirib.
Çavuşoğlu mayın 14-də NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO-da müttəfiq olacaq bir ölkənin separatçı terror təşkilatı YPG/PKK-ya dəstək verməməsinin lazım olduğunu bildirib.
“Bu iki ölkə - İsveç və Finlandiya açıq şəkildə onlara dəstək verir”, - XİN başçısı deyib.
Akif İsmayılov