Modern.az

Putin Finlandiya prezidentini necə təəccübləndirdi...

Putin Finlandiya prezidentini necə təəccübləndirdi...

Dünya

15 May 2022, 20:11

Moskvanın Finlandiyaya nə indi, nə də gələcəkdə hücum etməyi planlaşdırdığına inanıram.

 

Modern.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Ninistö CNN telekanalına müsahibəsində bildirib.

 

O qeyd edib ki, Rusiyadan birbaşa təhlükə görmür.

 

Prezident Finlandiyanın NATO-ya daxil olmaq niyyətini geosiyasi dəyişikliklə izah edir. Ninistö Rusiya Prezidenti Vladimir Putinin ölkənin hərbi bloka qoşulmaq qərarını sakit qəbul etməsinə təəccüblənib.

 

"Əslində, onun bunu belə sakit qəbul etməsi sürpriz oldu", - deyə Finlandiya Prezidenti qeyd edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM