Xəbər verdiyimiz kimi, “Əsgər ölümünə son!” və “İsmayıllıya dəstək” aksiyalaırnda cərimələnən Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbərin yaşadığı mənzilə dünən məhkəmə icraçıları gələrək, bəzi ev əşylarını siyahıya alıblar.
Qeyd edək ki, ötən gün məhkəmənin qərarı ilə 12 yanvar və 26 yanvar aksiyalaırnda cərimələnən Turqut Qəmbərin yaşadığı mənzil gələn məhkəmə icraçıları potensial müsadirə əşyaları kimi bunları qeydə alıblar: 2 ədəd müxtəlif markalı televizor, 1 ədəd portativ kompüter, 1 ədəd musiqi mərkəzi, 1 ədəd kondisioner, 1 ədəd çilçıraq və 1 ədəd xalça.
Anar RÜSTƏMOV