Modern.az

Ukrayna taxılı bu ölkə vasitəsilə ixrac oluna bilər

Ukrayna taxılı bu ölkə vasitəsilə ixrac oluna bilər

Dünya

15 May 2022, 21:59

ABŞ dövlət katibi Entoni Blinken və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Auresku "Twitter" hesabında yazıb

 

O qeyd edib ki, telefon danışığı zamanı Ukraynada Rusiya tərəfindən blokadaya alınan taxılın ixrac edilməsi yolları müzakirə edilib.

 

"Blinken ilə Rumıniyanın Qalati və Konstansa limanları vasitəsilə taxıl ixracını/daşımasını asanlaşdırmaqla Ukrayna iqtisadiyyatını dəstəkləmək səylərini və planlarını müzakirə etdim", - deyə rumıniyalı nazir bildirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi