Modern.az

ABŞ Ukraynaya 100-ə yaxın artilleriya qurğusu verib

ABŞ Ukraynaya 100-ə yaxın artilleriya qurğusu verib

Dünya

15 May 2022, 22:32

ABŞ Ukraynaya 155 mm çaplı M777 artilleriya qurğularının təhvil verilməsini başa çatdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.

 

Səfirliyin məlumatına görə, haubitsaların demək olar ki, hamısı, planlaşdırılan 90 ədəddən 89-u rəsmi Kiyevə təhvil verilib.

 

Məlumatda o da deyilir ki, artilleriya sistemləri artıq Ukrayna ordusu tərəfindən cəbhədə istifadə olunur.

 

M777 155 mm kalibrli yüngül yedəkdə daşınan artilleriya qurğusudur. Sistemin atış məsafəsi 40 kilometrdir. İraq və Əfqanıstanda aktiv istifadə olunan silahlar yüksək dəqiqliklə hədəfləri məhv edə bilir.

 

Pentaqon 310 Ukrayna əsgərinə bu tip haubitsalarla işləmək üçün təlim keçdiyini bildirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi