Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.
Modern.az-ın məlumatına görə, Kadırov Türkiyənin Ukraynaya “Bayraktar” PUA-ları verməsindən narahatlığını ifadə edib.
“Müsəlman ölkəsi olan Türkiyənin Ukraynaya “Bayraktar” pilotsuz uçuş aparatlarını tədarük etməsi ilə bağlı xəbər Rusiya müsəlmanlarını kədərləndirdi. İndi təsəvvür edin ki, onlar Türkiyənin İslamın qızğın əleyhdarlarını və ləkələyənlərini evakuasiya etməyə hazır olması barədə mesajı necə kəskin qəbul ediblər?”, - Kadırov bildirib.
Kadırov Ərdoğana müraciətində Türkiyənin “Azovstal”dan təxliyə etməyə çalışdığı ukraynalıların qatil olduğunu söyləyib:
“Sizə Rusiya təcavüzünün günahsız qurbanları kimi təqdim edilən azovlular qatil və ateistdirlər. Sizin köməyinizlə mühakimə və layiqli cəzadan yayınmaq istəyən cinayətkarlar tərəfindən aldanmağa imkan verməyin”.
Qeyd edək ki, Türkiyə Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodundan yaralı ukraynalı hərbçiləri dəniz yolu ilə təxliyə etməyə çalışır.