Finlandiya NATO-ya daxil olarsa və alyansın zərbə silahlarını öz ərazisində yerləşdirərsə, Rusiya ümumi sərhəddə qoşun qruplaşmasını gücləndirəcək.
Modern.az xəbər verir, bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondarev bildirib.
O iddia edir ki, bu qərar Vaşinqtonun təsiri altında verilib.
"Amerikalılar Finlandiya ərazisini öz təsir zonası, NATO-nun təlimləri və təxribatları üçün daimi tramplin, həmçinin Şimali Atlantika blokunun silahlarının sınaq poliqonu və Amerika hərbi bazasının yerləşdiyi yer kimi görür", - deyə Bondarev qeyd edib.
Akif İsmayılov