Modern.az

İsveç rəsmiləri Türkiyəyə danışıqlara gedir

İsveç rəsmiləri Türkiyəyə danışıqlara gedir

Dünya

16 May 2022, 09:34

İsveç hökuməti krallığın NATO-ya daxil olması ilə bağlı mövcud anlaşılmazlıqları aradan qaldırmaq üçün Türkiyəyə nümayəndələr göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə SVT telekanalı ölkənin müdafiə naziri Piter Hultkvistə istinadən məlumat yayıb.

 

"Biz Türkiyə ilə müzakirələr və dialoq aparacaq qrup göndərəcəyik, görək bu məsələ necə həll olunacaq. Amma əslində NATO-dan aldığımız siqnallar odur ki, həm İsveç, həm də Finlandiya alyansa qəbul edilməlidir”, - o bildirib.

 

Xatırladaq ki, bu gün İsveç parlamenti NATO-ya üzvlük məsələsini müzakirə edəcək. "Müraciətin dəqiq nə vaxt göndəriləcəyini deyə bilmərəm, amma qərar bu gün veriləcək", - Hultqvist prosesi izah edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular