İntihar edən erməni əsgərin iki xidmət yoldaşı həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Hadisədə iştirakda şübhəli bilinərək saxlanılan erməni əsgərlər Cinayət Məcəlləsinin 360-cı maddənin 2-ci hissəsinin 1, 2 və 3-cü bəndləri, 360.1-ci maddəsinin 2-ci hissəsinin 1 və 3-cü bəndləri ilə təqsirli bilinir.
Xatırladaq ki, mayın 11-də saat 10:15 radələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi Argişti Yeqyan xidməti avtomatından özünü güllələyib.