Modern.az

Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yeni mərhələdə

Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yeni mərhələdə

İqtisadiyyat

17 May 2022, 10:25

Bu gün Bakıda Azərbaycan Avropa İttifaqı Biznes Forumu keçirilir.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bidlriib ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 45 faizindən çoxu Avropa İttifaqının payına düşür.

 

Deputatın sözlərinə görə, bu ilin ilk rübündə Azərbaycan ixracatının 48.8 faizi İttifaqa üzv olan İtaliyaya göndərilib:

 

"İttifaqın Cənubi Qafqaz ilə ticarət dövriyyəsinin 2/3-ü isə Azərbaycanın payına düşür. Tərəflər arasında münasibətlərin daha da dərinləşməsi İttifaqla Azərbaycan arasında son illər müzakirə edilən və tamamlanmaqda olan Tərəfdaşlıq Sazişinin daha qısa müddətdə imzalanmasına səbəb ola bilər.

 

500 milyon istehlakçıya sahib və dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələnməsi baxımından da vacibdir. İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxil olmalarında risklərin minimumlaşdırılması aspektindən də aktualdır".

 

V.Bayramov qeyd edib ki, Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır:

 

"2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kubmetr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir.

 

Bu ilin ilk rübündə Azərbaycanda 11,8 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,5 milyard kubmetri AÇG-dən, 6,4 milyard kubmetri “Şahdəniz”dən, 1,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Həmin dövrdə xaricə qaz satışı 5,9 milyard kubmetr təşkil edib. Türkiyəyə 2,2 milyard kubmetr, Avropaya 2,6 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib. Türkiyəyə TANAP-la bu müddətdə 4 milyard kubmetrdən çox qaz nəql olunub. Bu o deməkdir ki, bu ilin birinci rübündə Azərbaycan mavi qaz hasilatı 12.0, ixracatı isə 15.3 faiz çoxalıb. Avropaya qaz ixracatı isı 2.4 dəfə artıb.

 

Bütövlükdə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu əməkdaşlıqdan hər iki tərəf faydalana biləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi