Modern.az

Şərqi Zəngəzurda yeni şəhərlər inşa edilir - Spiker

Şərqi Zəngəzurda yeni şəhərlər inşa edilir - Spiker

Qərbi Azərbaycan

17 May 2022, 15:18

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması ilə azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Ümumi Konfransında deyib.

 

Spiker bildirib ki, işğal dövründə Ermənistan Azərbaycanın kənd və qəsəbələrini dağıdıb, abidələri məhv edib:

 

“Azərbaycan ötən dövrdə öz hesabına həmin əraziləri bərpa edir. Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər inşa edilir. Bizim əsas niyyətimiz regionda sülhün təmin edilməsidir. Ermənistan anlamalıdır ki, öz öhdəsinə götürdüyü məsələləri yerinə yetirməlidir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI