Cəbrayıl rayonu ərazisində gücü 240 MVt olan günəş elektrik stansiyası tikiləcək.
Modern.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında bildirib.
Nazir müavini qeyd edib ki, bunun üçün gərgin danışıqlar aparılır. Onun sözlərinə görə, Azərbaycan Energetika Nazirliyi ilə BP şirkəti arasında icra müqaviləsi mövcuddur, lakin başlama müqaviləsi hələ ki əldə olunmayıb.
E.Soltanov prosesin 2022-ci ildə bitəcəyinə ümid etdiyini diqqətə çatdırıb.