Modern.az

Azərbaycan qaz nəqlini ARTIRIB

Azərbaycan qaz nəqlini ARTIRIB

İqtisadiyyat

17 May 2022, 18:13

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 13 923,1 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 12,4% çoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

 

Qaz nəqlinin 48,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

 

Hesabat dövründə bu kəmərlə 6 783,5 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8%-lik artım).

 

Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Hesabat dövründə, bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci illə müqayisədə 43,6%-lik artım).

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi