Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1160,9 mln. manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 7,2% azalıb.
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, yanacaq mazutunun istehsalı 71,8 % artıb, avtomobil benzininin istehsalı 1,6%, dizel yanacağının istehsalı 23,3%, sürtkü yağlarının istehsalı 25,8%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 26,4%, neft koksunun istehsalı isə 33,9% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidən qurma və modernləşdirmə işləri aparılıb.
Qeyd edək ki, bu ilin aprelində NEZ-in işi planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılıb. Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması planlaşdırılır. Zavodun işi may ayının sonunda bərpa ediləcək.