Fransanın Kann şəhərində 75-ci Film Festivalı başlayıb.
Modern.az xəbər verir ki, tədbirin açılış mərasimində Ukrayna Prezidenti Volodimir Zelenski iştirakçılara müraciət edib.
O, Mariupolda bombalanan teatr binasından danışıb.
Tədbirin əsas müsabiqəsində 21 film iştirak edir. Festival rusiyalı rejissor Kirill Serebrennikovun “Çaykovskinin arvadı” filminin beynəlxalq premyerası ilə açılacaq.
75-ci Kann Film Festivalı mayın 28-dək davam edəcək.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan festival iki illik fasilədən sonra fəaliyyətini yenidən bərpa edib.