Rusiya koronavirusla əlaqədar Gürcüstana girişə qoyulan məhdudiyyətləri ləğv edib.
Modern.az xəbər verir ki, Baş nazir Mixail Mişustin bununla bağlı sərəncam imzalayıb.
Bildirilib ki, məhdudlaşdırıcı tədbirlər Gürcüstana səfər edən Rusiya vətəndaşlarına şamil edilməyəcək.
Qeyd edək ki, Rusiya hökumətinin 27 mart 2020-ci il tarixli qərarına əsasən, bu ölkədən Gürcüstanla quru sərhədini keçmək üçün səfərin məqsədinin təhsil, iş, müalicə və digər üzrlü səbəblər olduğunu sübut etmək tələb olunurdu. Yeni qərara əsasən, bu məhdudiyyətlər aradan qaldırılıb.