Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zardari təyinatından sonra ilk rəsmi səfərini ABŞ-a edib.
Modern.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
O, Nyu-Yorkda keçiriləcək qlobal ərzaq təhlükəsizliyi üzrə nazirlər konfransında iştirak edəcək. Məlumata görə, pakistanlı nazir ABŞ dövlət katibi Entoni Blinkenlə də görüşəcək.
Akif İsmayılov