Ukraynada müharibə başa çatdıqdan sonra Moldova Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olaraq qalıb-qalmayacağına qərar verməlidir.
Modern.az xəbər verir ki, bunu Moldova parlamentinin sədri İqor Qrosu deyib.
O qeyd edib ki, Moldova MDB-yə üzvlüyün müsbət və mənfi tərəflərini hesablayıb siyasi qərar verməlidir.
“Hazırkı vəziyyətdə MDB çərçivəsində baş verən tədbirlərdə iştiraka ehtiyac görmürük. Bu təşkilatla davam edib-etməməklə bağlı düşünürəm ki, siyasi müzakirələrimiz olmalıdır. Müharibə bitdikdən və vəziyyət sabitləşdikdən sonra biz qərar verə bilərik", - Moldova parlamentinin spikeri bildirib.