Modern.az

AZAL-da qiymətlər "UÇUR" - Yenə də zərərlə işləyir

AZAL-da qiymətlər

İqtisadiyyat

18 May 2022, 11:46

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən – söhbət yenə analoqu olmayan şirkətdən, AZAL-dan gedir".

 

Modern.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli Azərbaycan Hava Yollarının (AZAL) son maliyyə hesabatı ilə bağlı fikirlərini bölüşərkən deyib.

 

Ekspert bildirib ki, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərərlə başa vurub, halbuki 2020-ci ildə AZAL hökumətdən COVID-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb:

 

"Bundan başqa, AZAL-ın 2,2 milyard manat borcu da var, əsas borc dövlətə, Maliyyə Nazirliyinədir, yəni, ölmüş puldur. Bu vəsaiti AZAL heç qaytarmayacaq, bir müddət sonra borclar silinəcək. Bunun bir adı var – oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə, 44 günə işğalçılara qalib gələ bildik, 344 aydır (şirkət yaranandan bu günə) ki, bir tək AZAL-a qalib gələ bilmirik".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi