Modern.az

Deputat Qüdrət Həsənquliyev prezidenti ittiham etdi

Deputat Qüdrət Həsənquliyev prezidenti ittiham etdi

21 Fevral 2013, 14:49

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyə prezidenti Abdulla Gülün Serj Sərkisyanı təbrik etməsinə münasibətini açıqlayıb. Qüdrət Həsənquliyev Türkiyə przeidentinin bu hərəkətini təəssüf hissi ilə qarşıladığını bildirib. BAXCP sədrinin qənaətinə görə, on minlərlə insanın Ermənistanda keçirilən prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq müddətsiz və oturaq etiraz aksiyasına başladıqları bir zamanda demokratik dəyərlərə sadiq olduğunu bəyan edən bir ölkənin prezidentinin  Serj Sarkisyanı təbrik etməsi demokratiyaya, insan hüquq və azadlıqlarına hayqırı kimi dəyərləndirilməlidir:

«Digər tərəfdən, bəlli olduğu kimi Türkiyə ilə Ermənistan arasında rəsmi diplomatik münasibətlər mövcud deyil. Belə bir vəziyyətdə Abdulla Gülün Sarkisyanı təbrik etməsi yarınmağa uğursuz bir cəhd təsiri bağığlayır. Əgər kimlərsə belə addımların müqabilində Ermənistanın və ermənilərin qondarma soyqırımı və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkəcəklərini düşünürlərsə, yanılırlar. «Futbol diplomatiyası», Sürix protokolları, Ermənistan vətəndaşları olan qanunsuz miqrantlara Türkiyədə yaşamaq və işləmək üçün yaradılan şərait nəticə vermədiyi kimi, telefon zəngləri, təbriklər və bu kimi digər addımlar da heç bir nəticə verməyəcək. Çünki qondarma soyqırım iddiaları ermənilərin, erməni diasporunun mövcudluğunu, Ermənistanın daxili və xarici siyasətinin təməl sütunlarını təşkil edir».

BAXCP sədri qardaş Türkiyənin rəsmiləri tərəfindən sərgilənən bu davranışların Azərbaycanda ürək ağrısı ilə qarşılandığını, insanların hisslərinə toxunduğunu vurğulayıb:

“Bu qəbildən olan addımlar iki qardaş dövlət arasında olan münasibətlərin səmimiliyini şübhə altına alır, Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etməsini arzulayan insanların mövqelərinə və ictimai rəyə olduqca ciddi və neqativ təsir göstərir. Xüsusilə də Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində bu soyqırım aktının əsas ideoloqlarından və təşkilatçılarından biri olan Sarkisyanın təbrik edilməsi heç bir şəkildə anlaşıla və qəbul edilə bilməz».

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir